Həkimə Buluri
_____________
حکيمه بلوری
________________
________________
تبريز
قوللاريم دولانار بوينونا بير گون
يئنه باش قويارام ديزينه، تبريز!ه
حسرتدن، هيجراندان جانا دويموشام
دويونجا باخارام گؤزونه، تبريز!ه
بولانيق سولارين آخسين، دورولسون
تزه گونلرينده بوسات قورولسون
سهند جمالينا بير ده وورولسون
بير غوبار قونماسين اوزونه، تبريز!ه
گولوستان باغينين سئيرينه گليم
لاله ياماجيندا بير ده دينجه ليم
اؤتن گونلريمه يئتيشمز اليم
دوشوم هئچ اولماسا ايزينه، تبريز!ه
آنا تبسسومون آى ايشيغىدير
قولوم قامتينين سارماشيغىدير
شئعريم بو دونيانين ياراشيغىدير
اينجىسى توكه نمز خزينه، تبريز!ه
سن شاعير عؤمرومه ووقار وئريبسن
سولوب سارالمايان گولعيذار وئريبسن
ائعتيبار وئربسن٬ ايلقار وئريبسن
هر ايگيد اوغلونا٬ قيزينا تبريز!ه
Təbriz
Qollarım dolanar boynuna bir gün
Yenə baş qoyaram dizinə, Təbriz
Həsrətdən, hicrandan cana doymuşam
Doyunca baxaram güzünə, Təbriz
Bulanlıq suların axsın durulsun
Təzə günlərindən busat qurulsun
Səhənd cəmalna bir də vurulsun
Bir qubar qonmasın üzünə Təbriz
Gülüstan bağının seyrinə gəlim
Lalə yamacında bir də dincəlim
Ötən günlərimə yetişməz əlim
Düşüm heç olmasa izinə Təbriz
Ana təbəssümün ay işığıdır
Qolum qamətinin sarmaşığıdır
Şe'rin bu dünyanın yaraşığıdır
İncisi tükənməz xəzinə, Təbriz
Sən şair ömrümə vüqar veribsən
Solub saralmayan gülizar veribsən
E'tibar veribsən, ilqar veribsən
Hər igid oöluna,qızına Təbriz
_____________
No comments:
Post a Comment