Tuesday, June 1, 2010

Kiyan Khiav

_______________


Golden Temple of Amritsar
____________

کیان خیاو


ه« ؟ »ه

بو شئعیرلر
هاراسیندان دینله‌سم‌ده،
ه
دوشوندورمزلر منی.ه
یالنیز نه‌دنسه دیزه لر،ه
سئوگیلی‌یله بیر ایپک
سئوگیلیسیز بیر ده‌میر یولا بنزه‌ییر.
ه
دیزه لر کی گونشی
گؤی دیبینده کیریمیش بیر گؤیرچین گؤسته‌ره‌رلر.
ه
و ایچینده سؤزجوکلر
هر زامان یئر ده‌ییشرلر شاهمات مؤهره‌لری تک.
ه
و هر زامان قارا تیکان کوْلو کیمی
بوتون اؤزگور دوشلرین

قاباغینی کسرلر.ه

بو شئعیرلر
هاراسیندان دینله‌سم‌ده،
ه
دوشوندورمزلر منی.ه
یالنیز نه‌دنسه دیزه لر،ه
سئوگیلی‌یله آنلاملی
سئوگیلیسیز آنلامسیز فیلمه بنزه‌ییر.
ه
کی ان بؤیوک بیر سینما فیلمی‌دیر یاشام
و ان گؤزل بیر قوْنودور اونا سئوگی.
ه
اویسا سئوگیسیز یاشام
اینسانین نه‌یینه گره‌ک؟
ه

ای شاعیر بارماقلاریم، ا...ی!
ه
بونجا دارتمایین قلبیمی، بئینیمی!ه
سیزین بو قونداردیغینیز سؤزجوکلر،ه
منیم خیال گئنیشلیییمی، محو ائتمه‌ییرمی؟!ه

5/9/83


_


« ? »

bu şeirlər
harasından dinləsəm də ,
düşündürməzlər məni .
yalnız nədənsə dizələr ,
sevgiliylə bir ipək
sevgilisiz bir dəmir yola bənzəyir.
Dizələr ki günəşi
göy dibində kirimiş bir göyərçin göstərərlər .
və içində sözcüklər
hər zaman yer dəyişərlər şahmat möhrələri tək .
və hər zaman qara tikan kolu kimi
bütün özgür düşlərin
qabağını kəsərlər .

bu şeirlər
harasından dinləsəm də ,
düşündürməzlər məni .
yalnız nədənsə dizələr ,
sevgiliyə anlamlı
sevgilisiz anlamsız filmə bənzəyir.
ki ən böyük bir sinəma filmidir yaşam
və ən gözəl bir qonudur ona sevgi .
oysa sevgisiz yaşam
insanın nəyinə gərək?

ey şair barmaqlarım , e . . . y !
bunca dartmayın qəlbimi , beynimi !
sizin bu qondardığınız sözcüklər ,
mənim xəyal genişliyimi , məhv etməyirmi? !



83/9/5(2004)



__


Remembering - Avishai Cohen Trio & Ensemble / At Home (2005)


___

No comments: