Saturday, October 1, 2016

Şah İsmayıl Xətai

______________



Şah İsmayıl Xətai




Qızılgül bağü bustanım, nə dersən?
 Fəda оlsun sana canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi,
Kəsildi külli fərmanım, nə dersən?
Əridi iligim, qaldı sümügüm,
Bu təni tərk edər canım, nə dersən?
Xamu dərdlülərə dərman bulundu,
Dəvasız dərdə dərmanım, nə dersən?
Xamunun küfr ilə imanı vardır,
Mənim küfr ilə imanım, nə dersən?
Sənin məqsudin оldur kim, mən ölüm,
Halal оlsun sana qanım, nə dersən?
Əgər yatsam min il tоprağ içində,
Dürüstdür əhdü peymanım, nə dersən?
Xətayi çün səni can ilə sevdi,
Sevən ölsünmi, sultanım, nə dersən?!
_______________

No comments: